Tarix: 02-12-2020 13:49                                                                                                 Oxundu:28

Ali Baş Komandanın qətiyyətli addımları ordumuzun parlaq qələbələr əldə etməsinə səbəb oldu

Bu ilin 12 iyulunda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində işğalçı erməni silahlı qüvvələri tərəfindən Azərbaycan mövqelərinə qəflətən ağır artilleriya zərbələri endirdi və belə bir gözlənilməz zərbələr nəticəsində bir neçə hərbçimiz həlak oldu, bir neçəsi isə yaralandı. Düzdür, ilk əvvəl düşmən tərəfi Azərbaycanı baş verən təxribatın səbəbkarı kimi göstərməyə çalışsa da, çox keçmədi ki, işğalçı ölkənin bu yöndə atdığı addımlar özünü təsdiq etmədi. Çünki, bizim heç bir dövlətin sərhədində, o cümlədən mənfur qonşumuz olan Ermənistanın ərazisində hər hansı hərbi əməliyyat keçirmək fikirimiz yoxdur. Onu da qeyd edək ki, həmin vaxtlarda mənfur qonşumuzun günahı ucbatından baş verən təxribatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri dünyasını dəyişmiş hərbçilərimizin intiqamını birəbeş aldı, şəhidlərimizin qanı yerdə qalmadı, bir sözlə düşmən qüvvələrinə elə bir sarsıdıcı zərbələr endirildi ki, onlar uzun müddət bunu yaddan çıxara bilməyəcəklər. Düşmən tərəfin təxribatı nəticəsində şəhid olan general-mayor Polad Həşimov, Azərbaycanın Silahlı Qüvvələrində çox böyük hörmətə malik bir şəxs idi və o, 2016-cı ilin aprel döyüşlərində misilsiz rəşadətliklər də göstərir. Belə bir addımlarına görə general-mayor Polad Həşimov yüksək dövlət ordeni ilə də təltif olunmuşdu. 12 iyul hadisələri zamanı bir neçə nəfər şəhidimiz olsa da, onların intiqamı qısa zaman kəsiyində artıqlaması ilə alındı. Yəni, düşmənin onlarla hərbçisi məhv edildi, xeyli sayda döyüş texnikası sıradan çıxarıldı, sərhədboyu ərazilərdə yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın olundu, bir neçə postları, istehkam nöqtələri və s. yox edildi. Son vaxtlar baş verən hərbi toqquşmalar bizim növbəti şanlı qələbəmiz oldu və aparılan döyüş əməliyyatları zamanı Azərbaycan Ordusu bir daha öz üstünlüyünü qoruyub saxlaya bildi. Faktdır ki, illər keşsə də 2016-cı ilin aprel və 12-14 iyul hadisələri Azərbaycan Ordusunun şanlı tarixində xüsusi yer tutacaq. Xatırlayaq ki, 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı zamanı onmin hektardan çox torpaq sahəsi ordumuz tərəfindən nəzarətə götürüldü və işğalçılar həmin ərazilərdən qovuldular.

O halın varlığını da qeyd edək ki, 2016-cı ilin aprel döyüşlərində olduğu kimi, mənfur erməni tərəfi iyul hadisələri zamanı da çirkin əməllərə əl atdılar. Yəni, Tovuz rayonu ərazisində mülki şəxslərin yaşadıqları Ağdam, Əlibəyli kəndləri və diər ərazilər atəşə tutuldu və açılmış atəş nəticəsində 76 yaşlı kənd sakini həlak oldu. Mülki əhaliyə qarşı törədilən cinayətlər bir daha onu göstərdi ki, Ermənistan işğalçıdır, faşist dövlətidir. Bu dövlət heç zaman açıq döyüşlər zamanı şanlı Azərbaycan ordusu üzərində qələbə qazana bilməyib və bundan sonra da heç bir qələbə əldə edə bilməyəcək. 1992-1993-cü illərdən fərqli olaraq son vaxtlar Silahlı Qüvvələrimizin həyata keçirdiyi uğurlu döyüş əməliyyatları bir daha Azərbaycan dövlətinin və ordumuzun gücünü, xalqla iqtidar arasındakı birliyin möhkəmliyini göstərdi. Ermənistan tərəfindən törədilmiş məlum 12 iyul təxribatı işğalçı ölkədə mövcud olan siyasi və iqtisadi böhranın nəticəsində baş verdi. Xaricdən maliyyələşən, xarici fondlardan maaş və təlimat alan, onların çevriliş texnologiyalarından bəhrələnən quldur dəstə, məhz iki il bundan əvvəl hakimiyyəti zəbt etdikdən sonra, erməni xalqına bir çox vədlər vermişdilər. Fakt ondan ibarətdir ki, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanda demokratik dəyərlər daha çox tapdaqlar altına atıldı, Venesiya Komissiyasının tövsiyələri rədd olundu, siyasi opponentlərə qarşı təqib daha da artırıldı, diktatura getdikcə gücləndirildi. Belə bir səbəblər üzündən də, Ermənistanın siyasi rəhbərliyinə hansısa böhranlı vəziyyət lazım idi ki, ictimai fikiri əsas məsələlərdən yayındıra bilsin. Buna görə də onlar düşünülmüş şəkildə belə bir təxribatlara əl atdılar.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində 12 iyuldan başlayan və iki gün ərzində davam edən erməni təxribatı, bir daha işğalçı ölkənin hansı cılız simaya, hansı cılız hissiyata sahib olduğunu təsdiq etdi. Yəni, həmin günlərdə Tovuz rayonunun sərhəd kəndlərində, ələlxüsus Ağdam və Əlibəyli kəndlərində, həmçinin digər yaşayış məntəqələrinə yaxın ərazilərdə düşmən tərəfi müəyyən təxribatlara əl atmaqla müəyyən məkrli planlarını həyata keçirmək niyyətinə düşmüşdülər. İşğalçı ölkənin bu cür iyrənc addımlarına şanlı Azərbaycan ordusunun döyüşkən qüvvələri tutarlı cavab verdilər və 2016-cı ilin aprel hadisələri zamanı verdikləri “ibrət dərsi”ni bir daha onlara “xatırlatdılar”. Bəli, ötən illər ərzində Azərbaycanın Silahlı Qüvvələri kifayət qədər təkmilləşmiş, döyüş ruhu birəbeş artmış, hər cür texniki avadanlıqlarla, silah növləri ilə təmin olunmuş, bir sözlə lazımi təminatları tam şəkildə ödənilmişdir. Ona görə də, bu gün ordumuzda ruh yüksəkliyi, döyüşkənlik əzmi ən yüksək səviyyədədir. Bütün bunların kökündə isə ölkə rəhbəri, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordumuza göstərdiyi diqqət və qayğının varlığı durur. Yəni, onu vurğulamaq yerinə düşər ki, ötən illər ərzində cənab Prezidentin, bütövlükdə dövlətimizin Silahlı Qüvvələrimizə qarşı yanaşması, məhz bugünkü uğurlarımızın əldə olunmasına səbəb oldu. Çatdırılan məlumatlara görə hal-hazırda Ermənistanın bəzi şəhərləri, iri yaşayış məntəqələri, kəndləri və s. boşalır. Azərbaycan vətəndaşları isə, məhz öz torpaqlarında ləyaqətlə yaşamaqda davam edirlər. İşğalçı Ermənistandan fərqli olaraq, bu gün ölkəmizdəki durum hər kəsin gözləri önündədir. Belə ki, ötən illər ərzində dövlətimizin iqtisadi cəhətdən inkişaf etməsi ordumuzun döyüşkən bir orduya çevrilməsinə səbəb oldu. Son 44 gün ərzində DQ-da və ətraf ərazilərdə həyata keçirilən uğurlu döyüş əməliyyatları bir daha onu göstərdi ki, Azərbaycan ordusu ölkə sərhədlərini qorumağa və düşmən qüvvələrinə layiqli cavab verməyə hazır olan bir ordudur. Yada salaq ki, əgər 90-cı illərin əvvəllərində ordumuz pərakəndə halda idisə, bu gün vahid komandanlıq altında birləşmiş Azərbaycan Ordusu düşmənin istənilən təxribatına, istənilən həmləsinə layiqli cavab verir. Odur ki, həm 2016-cı ilin aprel döyüşlərini, həm 12-14 iyulda baş verənləri, həm də son 44 gün ərzində baş verənlərə diqqət yetirək. O halda bəlli olar ki, döyüş ruhu yüksək olan ordumuz hər an düşməni məhv etməyə qadir olan bir ordudur. Bundan əlavə, ölkəmizdə xalq-iqtidar, xalq-ordu birliyinin güclü olması, ordumuzun döyüş ruhunu artıran əsas səbəblərdir. Məsələn, 30 ilə yaxın müddət ərzində düşmən tapdağı altında qalan torpaqlarımızda Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu döyüş əməliyyatları bir daha sadaladıqlarımızı təsdiq etdi. Adicə bir faktı qeyd edək ki, bu ilin iyulunda Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində düşmən təxribatı baş verən zaman minlərlə paytaxt sakini mərkəzi küçələrdə izdihamlı aksiya keçirib Azərbaycan ordusuna, Ali Baş Komandana, dövlətə dəstəklərini ifadə etdilər, əllərində Azərbaycan bayrağını tutub himnimizi oxudular və “Qarabağ!”, “Orduya dəstək!”, ”İrəli, irəli, Azərbaycan əsgəri!”, ”Şəhidlər ölməz, vətən bölünməz!” şüarlarını səsləndirdilər. Ötən 30 il ərzində düşmən tapdağı altında qalan torpaqlarımızın geri qaytarılması ilə bağlı gündəlik qələbə xəbərlərini eşidirdik və hər gün sevinc hissimiz birəbeş artırdı. Fakt budur ki, Azərbaycan Ordusu 44 gün ərzində davam edən uğurlu döyüş əməliyyatları zamanı itirilmiş torpaqlarımızı geri qaytardı və mənfur düşmənə sarsıdıcı zərbələr də endirdi. Cəbhə bölgəsində məğlub olduqlarını rəsmən təsdiq edən düşmən ölkədə, bu gün anarxiya, xaos və s. baş alıb getməkdədir. Bütün bunlar onu söyləməyə əsas verir ki, savadsız və erməni xalqını uçuruma sürükləyən Nikol Paşinyan, bundan sonra da hansı addımını atırsa-atsın, heç bir halda hansısa uğura qovuşa blməyəcək. Çünki, “məğlubedilməz erməni” tamamilə mifi altüst edildi və düşmən ölkənin əsl xisləti aşkara çıxdı. Bir anlığa diqqət yetirək ki, cəbhədə Azərbaycan ordusunun müqavimətinə duruş gətirə bilməyən erməni ordu birləşmələri, 44 gün ərzində mülki insanlarımızı ağır artilleriya qurğularından atəşə tutmaqda davam etdilər. Bu da birbaşa erməni faşizmi, erməni barbarlığı demək oldu və Ermənistan atdığı addımları ilə, məhz özünün terrorçu dövlət olduğunu, faşist ideologiyasına xidmət etdiyini sübuta yetirdi. Baş verən belə bir olayların fonunda Azərbaycan haqq səsini bütün dünyaya çatdırsa da, təəssüflər olsun ki, ATƏT-in Minsk qrupuna daxil olan həmsədr dövlətlər, BMT, Avropa Birliyi, aidiyyəti üzrə digər beynəlxalq təşkilatlar və s. Ermənistanın işğalçılıq siyasətini pisləyib konkret mövqelərini ortaya qoymadılar və işğalçı ölkəyə təzyiq göstərmədilər. Bütün bunlara baxmayaraq, artıq beynəlxalq birlik Azərbaycana qarşı münasibətini dəyişməkdədir. Çünki, onlar həqiqəti dərk etməyə, ölkəmizin apardığı haqq işini müdafiə etmək zorunda qalıblar.

Bəli, işğalçı Ermənistan atdığı addımları ilə özünün terrorçu, faşist dövlət olduğunu ortaya qoydu. Fakt budur ki, düşmən tərəfi ağır artilleriya qurğularını mülki insanların yaşadıqları yaşayış məntəqələrinin yaxınlığında məqsədli şəkildə yerləşdirirdilər ki, Azərbaycan ordusu cavab atəşi açdıqda, onlar da mülki insanları atəşə tuta bilsinlər. Diqqət yetirək ki, BMT-nin Təhlükəsizlik Şurası işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistanın işğalçı ordu birləşmələrinin qeyd-şərtsiz çıxarılmasına dair 12 noyabr 1993-cü ildə 884 saylı, 30 aprel 1993-cü ildə 822 saylı, 29 iyul 1993-cü ildə 853 saylı və 14 oktyabr 1993-cü il tarixdə isə 874 saylı Qətnamələri təsdiq etsə də, təəssüflər olsun ki, 27 sentyabra kimi həmin qətnamələr icra olunmadı və icra olunmamasının müəyyən səbəbləri də oldu. Bütün bunlara baxmayaraq, 27 sentyabrdan başlayaraq müzəffər Azərbaycan ordusu DQ-da və ətraf ərazilərdə uğurlu döyüş əməliyyatları həyata keçirməklə, məhz BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi Qətnamələri yerinə yetirdi və atdığı addımları ilə “canlı tarix” də yazdı. Bütün bunlar onu sübut edir ki, Silahlı Qüvvələrimiz dünyanın ən nüfuzlu və mötəbər bir qurumunun görməli olduğu vəzifəni, məhz öz qətiyyəti və döyüşkənliyi ilə yerinə yetirməli oldu.

Diqqəti cəlb edən hal odur ki, istər bu ilin 12-14 iyulunda, istərsə də 27 sentyabrında Ermənistan tərəfinin qol qoyduğu təxribatlar Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılandı və sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, cəbhə bölgəsinə getmək, silaha sarılıb itirilmiş torpaqlarımızı işğaldan azad etmək və s. kimi çağırışlar səsləndirildi. Bəli, bu cür çağırışlar, bu cür yanaşmalar Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin, torpağa bağlılıq duyğusunun ən yüksək səviyyədə olduğunu göstərdi və xalqımız belə bir tarixi vaxtlarda həmrəylik nümayiş etdirdi, gənclərin çoxu könüllü orduya yazılmaq istəyini ortaya qoydular. Bütün bunlar onu göstərdi ki, xalqımızın mübarizə əzmi heç də sınmayıb və hər kəs Ali Baş Komandanın, Silahlı Qüvvələrimizin yanındadır.

Dərk etmək lazımdır ki, bu gün Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var. Yəni, indi 1990-cı illər deyil. Fakt budur ki, hazırda Azərbaycanın silahlı qüvvələri ümumi vəziyyətə nəzarət edir. Baş verən hadisələrə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür və ona görə də, beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətini bu gün də kəskin şəkildə pisləməli və işğalçı ölkəyə qarşı ciddi cəza tədbirləri də görməlidirlər. Ermənistanın bügünkü riyakar və sərsəm baş naziri Nikol Paşinyan bundan sonra hansı addımlarını atırsa atsın o, heç bir halda özünü və hakimiyyətini düşdüyü burulğandan xilas edə bilməyəcək. Odur ki, quldur xunta rejiminin başçısı birdəfəlik başa düşməlidir ki, Qarabağ Azərbaycandır!

Bəli, xalqımız “ağı qaradan” seçməyi bacarır və kimin kim olduğunu yaxşı dərk edir. Yəni, hər kəs görür ki, cənab Prezident illərdir ki, problemin sülh yolu ilə, qan tökmədən, heç bir şəhid vermədən nizama salmağa çalışırdı. Təəssüflər olsun ki, işğalçı Ermənistanla bərabər beynəlxalq birlik də problemin həlli yöndə haqq yolunu tutmadılar və bir növ məsələni dondurmağa çalışdılar. Son anda danışıqların əhəmiyyətsiz olduğunu və heç bir nəticə vermədiyini görən cənab Prezident siyasi iradə nümayiş etdirdi və erməni tərəfinin 27 sentyabrda başladığı təxribatlarına tutarlı cavab vermək qərarına gəldi. 44 gün ərzində Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində “yenilməz erməni” mifini altüst etdi və düşmən tərəfi pərən-pərən oldu. Həmin vaxtlarda hər kəs ölkə rəhbərinin yanında oldu, ordumuza dayaq olduğunu əməli addımları ilə nümayiş etdirdi. Çünki, bizim həmrəyliyimiz, məhz bizim gücümüzün qüdrətini ortaya qoydu. Odur ki, bundan sonra da həmrəy olmalıyıq ki, ümumi işlərimizdə hər zaman qalib ola bilək.

Bu gün ölkə rəhbəri cənab İlham Əliyev elə bir müdrik, elə bir yetkin idarəçiliyini həyata keçirir ki, atılan hər bir addımda xalqımızın, dövlətimizin ümumilli maraqlarının təmin olunması daim öndə tutulur. Çünki, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı siyasi iradə nümayiş etdirir, qətiyyətli addımlarını atır, bütün təpkilərə, təzyiqlərə sinə gəlib yenilməz dövlət başçısı olduğunu ortaya qoyur. Bəli, cənab Prezident böyük sərkərdədir və o, rəhbərlik etdiyi hər bir əməliyyatın beynəlxalq qanunlar çərçivəsində aparılmasının tərəfdarı olduğunu dəfələrlə bəyan etdi. Faktdır ki, Azərbaycan ordusu təkbaşına düşmənin həbi obyektlərini darmadağın etdi, düşmən tərəfi isə mülki obyektləri atəşə tutdu. Əslində, düşmən tərəfinin atdığı addımlar müharibə cinayəti, müharibə qanunlarının tapdaqlar altına atılması demək oldu.

Bütün bunları qeyd etməkdə məqsədim ondan ibarətdir ki, mən də bir vətəndaş olaraq ölkəmizin haqq işini müdafiə edirəm və cənab Prezidentin DQ probleminin həlli istiqamətində atdığı müdrik addımları dəstəkləyirəm. Sözsüz ki, Vətənini sevən, xalqına bağlı olan hər bir vətən övladının da üzərinə böyük yük düşür. Yəni, hər kəs bundan sonra da Qarabağ həqiqətlərini, erməni vandalizminin mahiyyətini, Ermənistanın terrorçu dövlət olduğunu və s. dünya ölkələrinə çatdırmaq üçün əlindən gələni əsirgəməməlidir. Odur ki, hər bir Azərbaycan vətəndaşını bu yöndə mübarizəyə səsləyib, cənab Prezidentin müdrik siyasətini müdafiə etməyə, dövlətimizin, ordumuzun yanında olmağa dəvət edirəm. Hər kəs əmin ola bilər ki, bizim mübarizəmiz haqq mübarizəsidir, ədalətin bərpasıdır.

Eşq olsun xalqımıza! Eşq olsun Ali Baş Komandana! Eşq olsun qəhrəman Azərbaycan Ordusuna! Biz birlikdə güclüyük!
Qarabağ Azərbaycandır!

Nazim Ağayev
Xacmaz Regional
mədəniyyətt idarəsinin rəisi

Digər Dünya xəbərləri