Tarix: 23-01-2017 11:57                                                                                                 Oxundu:359

Bu gün Suriyanın taleyi həll oluna bilər

Bu gün Suriya münaqişəsinin nizama salınması ilə bağlı danışıqların yeni marafonu start götürəcək.

“Qafqazinfo” xəbər verir ki, Astanada baş tutacaq görüşdə Rusiya, Türkiyə, İrandan olan nümayəndə heyəti, BMT Baş katibliyinin xüsusi nümayəndəsi Steffan de Mistura, ABŞ-ın Astanadakı səfiri Corc Krol, həmçinin Suriyanın hökumət və müxalifət nümayəndələri iştirak edəcək. Astana görüşünün əsas məqsədi isə terrorizmlə mübarizə və atəşkəs rejiminin möhkəmləndirilməsidir.

Qazaxıstan tərəfi danışıqların bir sutka sonra baş tutacağını açıqlayıb.

Digər Dünya xəbərləri