Tarix: 13-09-2021 19:33                                                                                                 Oxundu:2

“BTB Leasinq” rəhbəri zərərçəkənlərə “24 saat vaxtın var” deyir - Rəsmən QOÇULUQ EDİRLƏR...

“BTB Leasinq” rəhbəri zərərçəkənlərə “24 saat vaxtın var” deyir - Rəsmən QOÇULUQ EDİRLƏR...



Bank “BTB”nin bir qolu olan “BTB Leasinq”in rəhbəri Cavid Zeynalov onun əməllərindən zərərçəkən şəxsləri hədələyərək şikayətlərini geri götürmələrini tələb edib. Bunun üçün onlara 24 saat vaxt verib.

Zərərçəkənlər hüquq-mühafizə orqanlarına, ölkə rəhbərliyinə müraciət edərək onlara qarşı baş verə biləcək hər hansı bir qanunsuzluğa görə Cavid Zeynalovun günahkar olduğunu qeyd ediblər. Zərərçəkənlər bununla bağlı “Yeni Müsavat”ın redaksiyasına 2 səs yazısı təqdim ediblər. Həmin səs yazılarından birində Cəmil Quliyev adlı şəxs Cavid Zeynalovun adından danışaraq zərərçəkən Anar Muradiyə deyir ki, ona 24 saat vaxt verilib, artıq həmin vaxtdan 2 saat ötüb.

Digər səs yazısı Anar Muradiyə məxsusdur. O, Cavid Zeynalovla əlaqə saxlayaraq 24 saatlıq vaxt verməsinin səbəbini soruşur. Cavid Zeynalovun telefonuna “BTB” bankın Hüquq Departamentini rəhbəri Vüsal adlı şəxs cavab verir.

Aralarında belə bir dialoq baş tutur:

Anar Muradi:

- Salaməleyküm. Cavid müəllimdir danışan?

Vüsal:

- Xeyr, Vüsaldır. Eşidirəm, buyur.

- Qardaş mənəm, Anardır, Cəmildən xəbər göndərmisən ki, 22 saat vaxtın var. Nəyə 22 saat vaxtım var?

- Nədir?

- Mənə Cəmil yazıb ki, Cavid müəllim sənə xəbər göndərib ki, 22 saat vaxtı var. Nəyə 22 saat vaxtım var?

- Vaxt tamam olmayıb axı hələ!

- Nədir ki, vaxt?

- Tamam olanda görəcəksən!

Bu dialoqdan sonra zərərçəkənlər hüquq-mühafizə orqanlarına, ölkə rəhbərliyinə müraciət ediblər. Bildiriblər ki, zərərçəkən olduqları halda Cavid Zeynalov hüquq-mühafizə orqanlarındakı əlaqələrindən istifadə edərək, dövlətin gücündən faydalanmaqla onları susdurmağa çalışır.

“BTB Leasinq”in rəhbəri Cavid Zeynalovun əməlləri haqda ötən saylarımızda yazmışdıq. Yazıda Cavid Zeynalovun ölkəyə oğurluq maşınlar gətirməsi iddiası da vardı. Həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin “BTB Leasinq”dəki dələduzluq və digər cinayətlərlə bağlı apardığı ilkin araşdırma materialını baş prokuror Kamran Əliyevə göndərilməsindən bəhs olunurdu. Məktubda Anar Muradinin də adı zərərçəkən kimi keçirdi. Ondan başqa adı zərərçəkən kimi çəkilən şəxslərdən Orxan Nuriyev artıq həbs olunub. Onu 2 gün əvvəl tutublar.

P.S. Yazıda adı keçən hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.

Digər Dünya xəbərləri