Tarix: 31-08-2021 22:42                                                                                                 Oxundu:7

XARİCDƏ TƏHSİL adı altında dələduzluq - GİLEY

XARİCDƏ TƏHSİL adı altında dələduzluq - GİLEY


Şikayətim "StudyLab" xaricdə təhsil şirkətindəndir. Magistr təhsili üçün 1 illik proqram axtarırdım və martın 24-ü mənə zəng edib əllərində şans olduğunu dedilər".Bu barədə Rauf Bağırov adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" sosial qrupunda paylaşımında giley edib.



Daha sonra narazı vətəndaş yazır: "Ofisə gedib Litvanın, Polşanın universitetlərində pulsuz təqaüdlə təhsil alacağımı bildirdilər və müqavilə imzalayıb 640 manat ödədim. Daha sonra birlikdə Litvanın Vilnius Universitetini seçdik və sənədlərimi göndərdilər. Bu əsnada mənə 100% qarantiya pulsuz təhsil sözü verdilər hansı ki, whatsapp'da bütün mesajlar və.s var və gözlədik.



İyul ayında müsahibədən keçdikdən 1 həftə sonra reject gəldi və daha sonra mənə Polşaya getməyi təklif etdilər lakin mən artıq onların sözünə inanıb Litvanı ağlımda qərarlardırdığım üçün buna razı olmadım və söz verib tutmadıqları üçün pulumu geri istədim. Onlar isə dəfələrlə ofisə çağırıb, zənglərə cavab verməyəndən sonra nəhayət pulumu geri verməmək üçün müqavilede Polşa da yazıldığını qeyd edib müqavilenin şertlerini pozduğumu gösterib günahı mənə yıxmağa çalışdılar



Atdıqları 100% qarantiya veririk və.s səs yazısın göstərdiyimdə isə söhbəti fırladıb yenə eyni şeyi dedilər. Xaricdə təhsil almaq arzusunda olub gələcəyini qurmaq istəyənlərə bu şirkətdən uzaq durmağı tövsiyyə edirəm.



Gördüyüm ən bərbad işləyən şirkətdir və yalandan insanlara vəd verib mənim 1 ilimi aldılar məndən, siz ehtiyatlı olun... Təbii ki məhkəməyə müraciət edəciyik və sonuna kimi gedəcəm bu işin.. İnstaqramda şirnikləşdirici reklamları sizi aldatmasın..."

Digər Dünya xəbərləri