Tarix: 27-08-2021 21:12                                                                                                 Oxundu:7

"İrşad Electronics" qazini MƏHKƏMƏYƏ VERDİ

"İrşad Electronics" qazini MƏHKƏMƏYƏ VERDİ



Füzuli istiqamətində gedən döyüşlərdə tankda yanaraq ağır yaralanan qazi İsgəndərov Kənan Rövşən oğlu “İrşad Electronics” tərəfindən məhkəməyə verilib.


Qazimiz hazırda pensiya sənədləri təsdiqlənmədiyinə görə "İrşad Electronics"ə olan kredit borcunu ödəyə bilmir.
K.İsgəndərovun sözlərinə görə, o, kredit borcunun bu səbəbdən gecikdiyinə dair şirkətə daha öncə məlumat verib.
Qeyd edək ki, Kənan İsgəndərov "Cəbrayılın və Qubadlının azad edilməsinə görə" medalları ilə təltif edilib./Unikal.org/

Digər Dünya xəbərləri